Nəfsani istəklərin insana 6 növ təsiri


Digərləri 29 Yan 2019 23:45:00 247 0

Nəfsani istəklərin insana 6 növ təsiri

Nəfsani istəklər insanın ruhuna və cisminə necə təsir edir?

Bu təsirlərdən bəzisi ilə tanış olaq:

1. Əməli qəlb üçün bəzəyir. "Və onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: "(Siz dediyiniz kimi deyildir. Canavar Yusufu nə cür yeyib ki, köynəyini parçalamayıb?) Əksinə, nəfsiniz (pis) işi nəzərinizdə gözəl göstərmişdir. Buna görə də gərək gözəl bir səbir edəm. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır"". ("Yusif" 18).

"Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi". ("Taha" 96).

Son.az deyerler.org-a istinadən bildirir ki, burada nəfs qəlbə deyil, şəhvətə işarə edir.

2. Qəlb, əmələ qarşı müsbət nəzərdə olur. Nəhayət əməl üçün hökm verir. "Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə, boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi". ("Ənam" 43).

"Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tövhid və din barədə) bəsirət əhli idilər". ("Ənkəbut" 38).

3. Nəfsani istəklər qəlbin qərarlarına təsir edər. "Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz". ("Nisa" 135).