Qadın heyz halında ikən, onunla kəbin kəsdirmək və ya ona talaq vermək olarmı?


Digərləri 29 Yan 2019 23:40:00 405 0

Qadın heyz halında ikən, onunla kəbin kəsdirmək və ya ona talaq vermək olarmı?

Qız heyz halında ikən, onunla kəbin kəsdirmək olarmı? Heyz halında olan qadına talaq vermək olarmı?

İslam alimlərinin rəyinə görə, heyz halında olan qadınla kəbin kəsdirmək olar. Amma əlbəttə ki, zifaf qadının heyzdən pak olmasından sonra baş tutmalıdır. Amma heyzli qadına talaq vermək cəfəri məzhəbində düzgün sayılmır. Talağın düzgün olması üçün qadının heyz və nifasdan pak olması şərtdir.