Hazırda mövsümü olan göbələyin orqanizm üçün faydalarını bilsəniz...


Digərləri 29 Yan 2019 23:25:00 245 0

Hazırda mövsümü olan göbələyin orqanizm üçün faydalarını bilsəniz...

Göbələklərin tərkibində orqanizm üçün faydalı bir çox vitaminlər və minerallar mövcuddur.

Son.az medicina.az-a istinadən bildirir ki, göbələklərin tərkibində olan A vitamini heç də yerkökündən az deyil. B1 vitamini isə mal qaraciyəri və dənli bitkilərin tərkibində olan qədərdir. Buna görə də hazırda mövsümü olan bu faydalı ərzaq məhsuluna qida rasionunda kifayət qədər yer ayrılmalıdır.

Göbələyin tərkibində bol miqdarda olan sink elementi dəri və damarlar üçün, kükürd saçlar və dırnaqlar üçün, kalium bədəndən artıq mayenin çıxarılması və sellülitin aradan qaldırılması üçün, mis isə toxulamaları daha elastik etmək üçün çox vacibdir.