Həqiqətənmi üzərlik yandırmaq bəd nəzəri uzaqlaşdırır?


Digərləri 29 Yan 2019 22:50:00 424 0

Həqiqətənmi üzərlik yandırmaq bəd nəzəri uzaqlaşdırır?

Dinimizdə geniş yayılmış fikrə görə, bədnəzər, yəni gözdəymə həqiqətən vardır. Gözdəymədən xilas olmağın və onu uzaqlaşdırmağın ən yaxşı yolları Allaha sığınmaq, ayətəl-kürsini, Qələm surəsinin son iki ayəsini, Quranın "qul" kəlməsi ilə başlayan dörd surəsini (Kafirun, İxlas, Fələq və Nas surələrini) oxumaqdır.

Son.az islam.az-a istinadən bildirir ki, xalq içində belə bir inanc var ki, guya üzərlik yandırmaq da bəd nəzərin qarşısını alır. Bunun heç bir dini əsası yoxdur. Əlbəttə, evdə üzərlik yandırmaq günah deyil. Müasir elm də sübut edir ki, üzərliyin tüstüsü insanda yüngüllük yaradır, onu stresdən azad edir. Bəlkə də elə buna görə, keçmişdə üzərliyin gözdəyməni sağaltdığına inanırmışlar.