Şəhid polis ailələrinə də birdəfəlik müavinət veriləcək


Digərləri 29 Yan 2019 22:33:00 218 0

Şəhid polis ailələrinə də birdəfəlik müavinət veriləcək

Dövlət başçısının şəhid olan şəxslərlə bağlı fərmanda dəyişiklik edərək 11 min manatlıq birdəfəlik ödənişin bütün şəhidlərə aid edilməsi öncədən bu kateqoriyaya daxil edilməyən polis şəhidlərin ailələrini də sevindirib. Bunlardan biri də milli qəhrəman Sadiq Hüseynovun ailəsidir. Həyat yoldaşı Nəzakət Bəşirova bildirir ki, illər sonra şəhidə belə yüksək qiymətin verilməsi şəhid ailələrinin diqqət mərkəzində olmasının göstəricisidir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət başçısının fərmanda etdiyi dəyişikliklə maddi yardım alacaq ailələrdən biri də şəhid polis Əfruz Cəfərovun ailəsidir. Həyat yoldaşı Natəvan Cəfərova bildirir ki, dövlətin şəhid polis ailələrinə olan diqqəti onları sevindirib.