Mger Yegiazaryanın oğlu Paşinyana məktub yazdı


Dünya 29 Yan 2019 22:36:00 227 0

Mger Yegiazaryanın oğlu Paşinyana məktub yazdı

Ermənistanda həbsxanada ölən siyasətçi Mger Yegiazaryanın oğlu Ermənistanın baş naziri Nikol Paşinyana və bir qrup deputata məktub ünvanlayaraq atasının ölümündə birbaşa onları günahlandırıb. Amma maraqlısı budur ki, dünyaya demokratiya dərsi keçənlər hələ dəbu hadisəyə münasibət bildirmirlər. Başqa vaxt məişət cinayətkarlarını belə siyasi məhbus adlandıranlar Ermənistanda siyasi fəaliyyətinə görə həbs olunmuş insanın həbsxanada ölməsi hadisəsinə görəsən niyə susqun qalıblar. Mehman Hüseynovun olmayan aclıq aksiyasını şouya çevirənlər görəsən indi haradırlar?

"Ermənistan qartalları - Vahid Ermənistan" partiyasının sədr müavini, "Haynyus.am" saytının məsul şəxsi Mger Yegiazaryanın ölümündən sonra oğlu Vazgen Yegiazaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Vazgen, Paşinyanın Mger Yegiazaryanı siyasi səbəblərlə həbsə atdırdığını deyib. "Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yəqin ki, sonadək tam bilməyəcəyik. Əgər siz "nə olursa-olsun, bu adamı həbsə atmaq lazımdır" prinsipi ilə davranmısınızsa, onda diləyirəm ki, mənim, qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin.Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə yox" - deyə ölən siyasi məhbusun oğlu yazıb.

Bu məsələyə ittiham olunan nikol paşi,nyanın münasibət bildirməsi ilə bərabər demokratiya carçılarının münsaibəti də maraqla gözlənilir. Söhbət hər fürsətdə Azərbaycan əleyhinə tələm tələsik qətnamələr qəbul edən beynəlxalq təşkilatlardan gedir. Görəsən indi niyə susurlar? Yegiazaryanın ölümündən artıq 3 gün keçir amma hələ də Avropa Parlamenti,Avropa İnsan Haqları İnsitutları və insan hüquqları müdafiəçiləri bu məsələyə münasibət bildirməyiblər. Görəsən Mehman Hüseynovun olmayan aclıq aksiyasınışouya çevirən həmin beynləxalq təşkilatlar və muzdlu siyasətçilər bu fakta niyə biganə qalıb. Onların Azərbaycan üçün uydurduqları mənzərə axı Ermənistanda reallıqdır. Siyasi fəaliyyətinə görə həbs olunan partiya liderinin müavini aclıq aksiyasından həbsxanada ölüb. bundan daha ciddi bir fakt ola bilərmi?