Bərzəx əzabı Qiyamətə qədər davam edirmi?


Digərləri 29 Yan 2019 22:15:00 233 0

Bərzəx əzabı Qiyamətə qədər davam edirmi?

Görəsən bərzəx əzabı Qiyamətə qədər davam edirmi?

Bu bəhs bərzəx aləmindəki təkamül bəhsinə aiddir. Bərzəx aləmində insanın dünya ilə əlaqəsi tamamilə kəsilməz. Ola bilsin ki, bəzi amil və şəraitlərin təsirindən, bərzəx əzabları yüngülləşsin, ya da tamamilə aradan getsin.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) nəql edir: "Həzrət İsa (ə) bir qəbrin kənarından keçir ki, onun sahibi əzab halında idi. Sonrakı il yenə həmin qəbrin kənarından keçir. Qəbir sahibini əzabda görmür.

Allahdan istəyir ki, bu hadisənin səbəbindən onu agah etsin.

Allah Həzrət İsaya (ə) vəhy edir ki, qəbir sahibinin saleh bir övladı vardır ki, bu müddət ərzində həddi-büluğa çatmışdır. İki xeyir iş görmüşdür.

Onlardan biri budur ki, insanların getdiyi yolu islah etmişdir və biri də budur ki, yetimə məskən vermişdir. Mən də bu atanın günahını övladının o yaxşı əməllərinə görə bağışlamışam".