Bu işi görənə 5 cəza verilər


Digərləri 29 Yan 2019 22:20:00 204 0

Bu işi görənə 5 cəza verilər

Ən ağır günahlardan biri də Allahı unutmaqdır. Hər kim Allahı unudar, dünyada çox sayda giriftarlıqlara düçar olar. Çünki nəfsinə və şeytana xidmət edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allahı unutmağın dünyada gətirdiyi bəlalara diqqət edək.

1. İstidrac sünnəti. "Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular". ("Ənam" 44).

2. Çətin və dözülməz həyat. Hər kim Allahı unudar, Allah da onu unudar və İlahi lütfdən məhrum edər. "Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik". ("Taha" 124).

3. İlahi əzab. "Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik". ("Əraf" 165).