Niyə Həzrət FatimeyiZəhranı Zəhra adlandırıblar?


Digərləri 29 Yan 2019 21:45:00 228 0

Niyə Həzrət FatimeyiZəhranı Zəhra adlandırıblar?

Həzrət Zəhra (s.ə) haqqında çox sayda hədis nəql edilir ki, o banunun Allah yanındakı uca məqamından bəhs edir.

Onun bu məqamı elə uca məqamdır ki, heç bir insanın belə bir məqamı olmamışdır.

Cabir, İmam Sadiqdən (ə) soruşur: "Niyə Həzrət Fatimeyi-Zəhranı (s.ə) Zəhra adlandırıblar?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) buyurur: "Çünki Allah onu Öz əzəmət nurundən xəlq etmişdir. O zaman ki, həmin nur işıq saçdı, yer və səma aydınlandı. Mələklərin gözləri qamaşdı. Onlar səcdə edib, soruşdular: "Ey bizim Allahımız! Bu nur nədir?".

Allah onlara vəhy etdi ki, "O nur - Mənim nurumdandır ki, yerdə və göydə onu Öz əzəmətimdən xəlq etmişəm. Onu peyğəmbərlərimin birinin belindən çıxartmışam və onu bütün peyğəmbərlərdən üstün etmişəm.

O nurdan İmamlar xaric olacaqdır ki, Mənim əmrimi bərpa etmək üçün ayağa qalxacaqlar. İnsanları mənim haqqıma hidayət edəcəklər. Mən onları vəhy və nübuvvət sona çatdıqdan sonra, yer üzündə öz canişinim etmişəm"".