WhatsApp, Instagram və Facebook Messenger birləşəcək


Digərləri 29 Yan 2019 21:35:00 271 0

WhatsApp, Instagram və Facebook Messenger birləşəcək

"Facebook" şirkəti ona məxsus üç servisin (WhatsApp, Instagram və Facebook Messenger) texniki infrastrukturunu inteqrasiya etmək niyyətindədir. Onların hər biri gələcəkdə müstəqil proqram kimi fəaliyyət göstərsə də, birləşmiş məlumatlar sistemi sayəsində bir messencerin istifadəçisi "Facebook" ekosistemi daxilində digər messencer istifadəçisi ilə yazışa biləcək.

Son.az ICTnews-a istinadən bildirir ki, bu məqsədlə "Facebook" şirkətinin minlərlə mühəndisi "WhatsApp", "Instagram" və "Facebook Messenger"in fəaliyyətini baza səviyyəsində yenidən qurmalı olacaq. Bundan başqa, bütün əlavələrdə ünsiyyətin mühafizəsi üçün ən etibarlı üsullardan biri hesab edilən arabağlantı şifrləmə sistemi dəstəklənəcək.

Bildirilir ki, platformaların inteqrasiyasının nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilmir. "Facebook" bununla bağlı işə yenicə başlayıb və onu ilin sonuna və ya 2020-ci ilin əvvəlinə başa çatdırmağı planlaşdırır.