Belə də təvəkkül olar?!


Digərləri 29 Yan 2019 21:40:00 223 0

Belə də təvəkkül olar?!

Qıtlığın hökm sürdüyü və hər kəsin əziyyət və nigarançılıq içərisində çıxış yolu axtardığı bir il məşhur sufilərdən Şəqiq əl-Bəlxi varlı bir adamın köləsinin sevinclə oynadığını görür. Məsələnin məğzini öyrənmək üçün ondan soruşur: "İnsanlar qıtlıq və aclıq səbəbilə ah-nalə qopardır, bəs sən nəyə arxalanaraq belə oynayırsan?"

Kölə cavab verir: "Mənim ağamın yeddi kəndi var, ehtiyacımız olan hər şeyi o kənddən bol-bol gətirir."