Keşnişin orqanizmə 6 faydası


Digərləri 29 Yan 2019 21:25:00 216 0

Keşnişin orqanizmə 6 faydası

Azərbaycan mətbəxində də geniş iştifadə olunan göyərti növü keşniş yalnız kulinariyada deyil, həmçinin digər sahələrdə - tibdə, aromaterapiyada, kosmetologiyada geniş istifadə edilir. Onun toxumlarından, yaşıl hissələrindən və köklərindən bir çox məqsədlər üçün istifadə edilir.

Tərkibində bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər var.

Son.az medicina.az-a istinadən mətbəxdə geniş istifadə etdiyimiz ətirli keşniş bitkisinin müalivəci xüsusiyyətlərini təqdim edir:

1. Xolesterinin səviyyəsini aşağı salır

Keşnişin yarpaqlarında koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək "zərərli" xolesterinin miqdarını azaldır.

2. Ürəkbulanmanı aradan qaldırır

Keşniş bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyəti sayəsində o, mədə pozulmasının qarışısını alır, ürək bulanması və qusmanı aradan qaldırır.

3. Sümükləri möhkəmləndirir

Keşniş kalsium mənbəyidir. Buna görə də o, sümüklərin möhkəm olması üçün çox vacibdir. Bu bitki sümüklərin əriməsinin qarşısını alaraq osteporozun əmələ gəlməsini aradan qaldırır.