ADU ilə Avstriya arasında əməkdaşlıq müzakirə edilib FOTO


Digərləri 29 Yan 2019 21:26:00 280 0

ADU ilə Avstriya arasında əməkdaşlıq müzakirə edilib  FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, rektor K.Abdulla səfiri universitetdə görməkdən məmnunluğunu ifadə edib.

ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışan rektor burada Avstriya kitabxanasının fəaliyyətindən danışıb.

Kitabxananın sistemli və düzgün şəkildə işlədiyindən razı qaldığını deyən rektor buranın hər zaman zənginləşməsi və inkişaf etdirilməsi nöqteyi-nəzərdən diqqət mərkəzində olduğunu söyləyib. Kitabxananın 700-ə yaxın üzvünün olduğunu deyən rektor bura nəinki universitet heyətinin, həmçinin digər şəxslərin də maraq göstərdiyini bildirib. K.Abdulla deyib ki, alman dilinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanının Qrats şəhərində keçirilən müzakirəsini minnətdarlıq hissi ilə xatırlayır. Rektor Avstriya universitetləri ilə əlaqələrin qurulmasında səfirin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb.

Rektor ADU-da həyata keçirilən "Səfir saatı" layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.


Xəbərə aid fotolar