ETSN: Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq


Digərləri 29 Yan 2019 21:09:00 232 0

ETSN: Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq

Polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq ətraf mühiti çirkləndirir:

"Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik".

İ.İbrahimova bildirir ki, marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür: