İnsanlar pak yaradılıb, yoxsa günahkar?


Digərləri 29 Yan 2019 21:15:00 213 0

İnsanlar pak yaradılıb, yoxsa günahkar?

Əllamə Təbatəbainin nəzərinə görə, fitrət və insan təbiəti ilə bağlı hədislər müxtəlif nəzərlərin meydana gəlməsinə səbəb olmuşdur. O cümlədən:

1. Bəziləri Quran ayələrinə istinad edərək, deyirlər ki, Allah insanı elə əvvəldən səadətli və bədbəxt yaratmışdır.

2. Bəzilərinin nəzərinə görə, insanların bir hissəsi behişt gilindən yaradıldığı üçün behiştə, cəhənnəm gilindən yaradıldığı üçün cəhənnəmə gedəcəkdir.

3. Bəzi hədislər insan fitrətini şirin və bəziləri də acı suya nisbət verirlər.

4. Bəziləri deyir ki, Allah Təala Qiyamət günü pis əməl sahiblərinin yaxşılıqlarını alıb, yaxşı əməl sahiblərinə verəcəkdir. Yaxşı əməl sahiblərinin isə pis əməllərini alıb, pis əməl sahiblərinə verəcəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Mərhum Əllamə Təbatəbai bütün bu nəzərləri bəyan etdikdən sonra, buyurmuşdur: "Əlbəttə, bu mənbələr, insanın zati səadət və xoşbəxtliyini sübut etmir. Çünki əgər belə olsaydı, Allahın ədalətinə zidd olardı. Çünki ağıl bu kimi nəzərlərlə müxalifdir.