Laqeydlik dinsizliyin əlamətidir


Digərləri 29 Yan 2019 21:01:00 241 0

Laqeydlik dinsizliyin əlamətidir

Din, insanları səadətə çatdırmaq üçün nazil olmuşdur. Bütün peyğəmbərlərin (ə) və vəsilərin (ə) vəzifəsi bu idi ki, insanları məkarim əxlaqa və saleh əməllərə təşviq etsinlər.

Dindən uzaq olmaq ziyana və əzaba düşmək deməkdir. Əgər Məsumların (ə) kəlamlarına nəzər salsaq, görərik ki, laqeydlik və etinasızlıq - dinsizliyin əlaməti kimi tanıdılmışdır. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, səhəri açar və müsəlmanların işləri ilə məşğul olmazsa - müsəlman deyildir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "O kəs ki, səhəri açar o halda ki, müsəlmanların işlərinə diqqət etməz - İslamdan heç bir bəhrə aparmamış deməkdir. O şəxs ki, insanların fəryad və yardım istəməsinin şahidi olar və onlara cavab verməzsə - müsəlman deyildir".

Gördüyümüz kimi, Həzrət Rəsulallah (s) bu iki hədisdə laqeyd insanı dinsiz adlandırmışdır. Ola bilər ki, insan namaz, oruc, zəkat əhli olsun, ancaq başqa müsəlmanlara yardım etməkdən çəkinərsə, Həzrət Peyğəmbər (s) həmin şəxsi dinsiz adlandırmışdır.