2030cu ildən gəldiyini iddia edən Nuh:


Digərləri 29 Yan 2019 20:21:00 266 0

2030cu ildən gəldiyini iddia edən Nuh:

2030-cu ildən gəldiyini iddia edən zaman səyyahı Nuhun açıqlamaları çaşqınlıq effekti yaradıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Nuh adlı şəxs Breksit səbəbindən problemli günlər keçirən İngiltərə və Avropa ilə bağlı danışıb. Onun iddialarına əsasən, İngiltərədə 2030-cu ilə qədər bir çox hadisələr baş verəcək.

Nuhun iddiasına əsasən, 2019-cu ilin 29 mart tarixində İngiltərə Avropa İttifaqından ayrılacaq. Amma 2030-cu ildə yenidən ittifaqa qoşulacaq. İngiltərə gələcəkdə qurulacaq Avropa Super Dövlətinin bir parçası olacaq. Avropa Super Dövləti isə Avropa İttifaqına üzv ölkələrdən ibarət vahid dövlət olacaq. İddiaya görə, 2030-cu ilə qədər Avropa İttifaqına üzv ölkələr vahid bir dövlətdə birləşəcəklər. Bir çox ölkə bu trendə ayaq utduracaq və dövlətlər birləşmək barədə qərar qəbul edəcəklər. Yeni Avropa dövlətində avto və sterlinq yox, yeni pul vahidi dövriyyəyə buraxılacaq. 


Xəbərə aid foto