İnternet klublardan çıxanlara qənim kəsilən “zek” həbs edildi


Kriminal 29 Yan 2019 20:11:00 216 0

İnternet klublardan çıxanlara qənim kəsilən “zek” həbs edildi

Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib, Teleqraf.com məlumat yayıb.

Son.az xəbər verir ki, yanvarın 25-də paytaxt sakini Fərid Həsənov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edib.

O, bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu əlindən alıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib.


Xəbərə aid foto