44 yaşlı kişi 7 yaşlı uşağı dəfələrlə zorladı, sonra...


Kriminal 29 Yan 2019 20:04:00 210 0

44 yaşlı kişi 7 yaşlı uşağı dəfələrlə zorladı, sonra...

Mingəçevir şəhərində yetkinlik yaşına çatmayan oğlana təcavüz etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Kamran Əkbərovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika-ya istinadən xəbər verir ki, Kamran Əkbərov həbs olunana kimi Mingəçevir şəhər 12 saylı mənzil kommunal təsərrüfatı istehsalat birliyində fəhlə işləyib.

Qonşu oğlunu evinə gətirdi

Belə ki, Kamran Əkbərov 2017-ci ilin avqust ayının əvvəllərində, təxminən saat 13-14 radələrində yaşadığı Mingəçevir şəhəri, M.Maqomayev küçəsindəki mənzilinə qonşuları, 2010-cu il təvəllüdlü Nadir Səlimovu gətirib.

Kamran Nadir Səlimovu yaşadığı mənzilinin yataq otağına aparıb. Orada Nadirə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Yataqda cinsi əlaqə

Cinsi əlaqədə olmağın nə olduğunu başa düşməyən Nadir onun təklifi ilə razılaşıb. Bu zaman Kamran Nadiri soyunduraraq yataq otağındakı çarpayıya uzadıb.

Kamran yataqda əvvəlcə azyaşlı oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra onu digər əxlaqsız hərəkətlər etməyə məcbur edib.

Zirzəmidə təcavüz

Bundan bir neçə gün sonra Kamran Əkbərov Nadir Səlimova qarşı yenidən zorakılıq hərəkətləri edib. O, azyaşlını günorta vaxtlarında yaşadığı binanın zirzəmisinə aparıb.

Orada Kamran Əkbərov azyaşlıya yenidən cinsi əlaqədə olmağı təklif edib və şalvarını soyundurmaq istəyib. Bu zaman azyaşlı şalvarını tutaraq onu soyundurmasına imkan vermək istəməyib.

Azyaşlını aldatdı, yenə də evinə gətirdi

Amma Kamran Əkbərov azyaşlıya qarşı zorakılıq hərəkətləri göstərək, zorla onun əynindən şalvarını soyundurub, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.