Ekspertlərdən SOS:


Digərləri 29 Yan 2019 20:07:00 253 0

Ekspertlərdən SOS:

Televizor ekranı və ya planşet kompüterinin qarşısında çox vaxt keçirən uşaqlar problemləri çətin həll edir, öz həmyaşıdları ilə pis ünsiyyət qurur və 5 yaş dövrü üçün inkişaf vərdişlərini daha zəif nümayiş etdirirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qənaətə kanadalı ekspertlər gəliblər.

Kiçik yaşlı uşaqların valideynləri özlərinə az da olsa vaxt qazanmaqdan ötrü körpəsini televizor və ya planşet kompüterinin qarşısına qoymaq fürsətindən istifadə etməyə çox həvəsli olurlar. Məlumdur ki, uşaqlar onların valideynləri ev işləri görərkən və yaxud dostları ilə ünsiyyətdə olarkən sözün əsl mənasında ekrana "yapışırlar". Tədqiqatlar sübut edib ki, bu üsul uşağın inkişafında mənfi nəticələrə gətirib çıxarır. Onun müəllifləri ünsiyyət, problemlərin həlli və digər şəxsi inkişaf vərdişlərini 2, 3 və 5 yaşında olan 2400 uşaq üzərində qiymətləndiriblər.