Süni intellektdən inqilabi kəşf:


Digərləri 29 Yan 2019 19:54:00 237 0

Süni intellektdən inqilabi kəşf:

"Nature Communications" adlı elmi dərgidə tam fərqli bir araşdırma yer alıb.

Son.az Publika-ya istinadən xəbər verir ki, süni intellekt alqoritmi sayəsində yeni bir insan növü kəşf edilib.

Sözügedən insan növünün DNT-si bugünkü Afrikadan Asiya qitəsinə köç edən insanlara bənzərliyi ilə seçilir. Bu növ neandertal və denisovan növlərinin hibridləşmiş formasıdır.

Araşdırmaçılar bu kəşfi hazırda Asiya qitəsində məskunlaşan insanların DNT hüceyrələrindən istifadə edərək yaradılan alqoritmi sayəsində əldə edib. Sözügedən yenilik insanlığın təkamülünün daha yaxşı öyrənilməsini təmin edəcək. Lakin eyni zamanda, arxeoloq peşəsinin "gələcəyi olmayan peşələr" siyahısına düşməsinə də səbəb olacaq.