AXCP-nin Rusiyadan qanunsuz yollarla maliyyələşməsi üzə çıxıb


Digərləri 29 Yan 2019 19:52:00 195 0

AXCP-nin Rusiyadan qanunsuz yollarla maliyyələşməsi üzə çıxıb

Məhkəmə iclası keçirilib

Bakı. Yanvarın 29-da Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindirilmişlər. Trend-in məlumatına görə, məhkəmə iclasında Cəmil Həsənli, Əli Kərimli, ABŞ və Rusiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, eləcə də KİV-lərin nümayəndələri iştirak edirdilər. Elçin Əsgərbəyli məhkəmədə ifadəsində göstərmişdir ki, 1992-ci ilin mayından Rusiya vətəndaşlığını almışdır. Sankt Peterburq şəhərində icarəyə götürdüyü mağazada işləyərək ailəsini dolandırır. 2016-2017-ci illərdə tez-tez Sabirabad və ya Kürdəmir rayonundan olan Zaur adlı şəxs gəlirdi. Təxminən 2018-ci ilin əvvəllərində Zaur yanında sonradan tanıdığı AXCP-nin üzvü Aqil Məhərrəmovla onu tanış etdi. Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışır, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını danışırdı.Aqil söhbət zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək. Həmçinin qeyd olunan pul toplanmasının partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini deyirdi.Daha sonra Aqil ona Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pullarıda qanunsuz yollarla Azərbaycana göndərdiyini dedi. Deyirdi ki, Azərbaycana göndərilən pul vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar başqa yollarla Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimliyə veriləcəkdir. E.Əsgərbəyli məhkəmədə ifadəsində dedi ki, telefonunda olan proqram vasitəsilə özünün “Sberbank” bankında olan hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15.000 rubl məbləğində pul köçürüb. Bundan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlılardan Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutmuşdur. Aqil Məhərrəmova yalnız bir dəfə 15.000 rubl məbləğində pul verib və Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərmişdir. Həmin pulu verməkdə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olmuşdur.