Sumqayıtda 21 yaşlı qız itkin düşüb


Digərləri 29 Yan 2019 19:47:00 220 0

Sumqayıtda 21 yaşlı qız itkin düşüb

Sumqayıt şəhərində işlədiyi mağazadan çıxan qız itkin düşüb.

Son.az Report-a istinadən bildirir ki, Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi evdə yaşayan, 1998-ci il təvəllüdlü Xədicə Rizvan qızı Kərimli işlədiyi Sumqayıt şəhər, 2-ci mikrorayon ərazisində yerləşən qadın geyimləri mağazasından yanvarın 17-də işdən çıxıb və bir daha geri qayıtmayıb.

Xədicə Kərimlinin əlamətləri: boyu, təxminən, 160 sm, ağbəniz, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçı uzun və çəhrayı rəngdədir.


Xəbərə aid foto