13 milyona alınan futbolçu üçün 5 milyonluq təklif


İdman 29 Yan 2019 19:18:00 195 0

13 milyona alınan futbolçu üçün 5 milyonluq təklif

Bayer Münich-in forvardı Sandro Vaqner Tianjin Teda-dan təklif alıb.

Goal.az Bild nəşrinə istinadən xəbər verir ki, Çin klubu transferi 5 milyon avroya həll etmək niyyətindədir. Vaqnerin özünə isə yüksək məvacib verəcəyini bildirib. Təklif münhenliləri qane etməyib. Bayer Münich bir il əvvəl Hoffenheim-dan 13 milyon avroya əldə etdiyi futbolçunu ucuz satmayacaq. Vaqner cari mövsümdə Bundesliqada 7 oyunda meydana çıxıb. Qol vura bilməyib.