Çayxanaya gedənlərə BƏD XƏBƏR!


Digərləri 29 Yan 2019 19:00:00 249 0

Çayxanaya gedənlərə BƏD XƏBƏR!

Bir çoxumuz boş vaxtlarımızda kafelərə, çayxanalara üz tuturuq. Dostlarımızla dərdləşmək üçün, çay içmək üçün. Bəs çay içdiyimiz bu stəkanlar necə yuyulur? Ümumiyyətlə bu tip obyektlərdə sanitar gigiyenik normalara necə əməl olunmalıdı?

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramının əməkdaşları mövzu ilə bağlı reportaj hazırlayıb.

Fəsildən asılı olmayaraq çox insanın üz tutduğu məkanların başında çayxanalar, kafelər durur. Həm paytaxtda, həm də bölgələrdə belə məkanlar demək olar ki, heç vaxt müştəri sarıdan korluq çəkmir. Amma bəzi çayxanalar təmizlik baxımından korluq çəkdikləri ilk baxışdan hiss olunur. Natəmiz stəkanlar, sınıq-sökük çayniklər, illərdir dəyişilməyən köhnə masalar. Xidmət sektorunda standartların yüksəlməsi, müştəri məmnuniyyəti və gigyenik normalar sanki bu cür məkanlara tanış deyil.

Sakin: "Çirkabdır".

Sakin: "Ucuz yerlərdə natəmizlik var. Adətən bahalı yerlər daha təmizdir".

Sakin: "Gigiyena olmalıdır. Bu önəmlidir".

Bu tip məkanlarda stəkan və nəlbəkilərin gur su altında yuyulması üçün böyük vannalar olmalıdır. İstifadə edilən stəkan və nəlbəkilər yuyucu vasitə ilə qarışdırılmış suda saxlanılmalı, ilıq su ilə yuyulduqdan sonra təkrar istifadə edilə bilər.

Elmar Göyüşov - çayçı: "Çay dəsgahını aparırıq, müştəri qalxıb gedəndən sonra gətirib yuycu vasitə ilə yuyub suya çəkib yerinə yığırıq.


Xəbərə aid fotolar