“CinemaPlus”da popkorn festivalı


Digərləri 29 Yan 2019 18:49:00 280 0

“CinemaPlus”da popkorn festivalı

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında popkorn festivalı keçirilib.

Son.az xəbər verir ki, festivalın qonaqları bütün gün ərzində müxtəlif popkorn növlərini dequstasiya ediblər: küncütlü, karamelləşdirilmiş, meyvəli-şokoladlı, duzlu və şirin. Həmçinin onlar üçün maraqlı sürpriz hazırlanmışdır, hansı ki, festivalın ən maraqlı hissəsi olmuşdur. DJ, animator, hündür boylu kuklalar, uzunayaqlı, sehrbaz, fotoqraf və videoqrafın iştirakı ilə şou-proqram təşkil olunmuşdur.  

Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə popkorn festivalına qatılıb, müsabiqələrdə iştirak edib, xatirə şəkilləri və selfi çəkdiriblər. 

Tədbirin təşkilində dəstəyi KR Production göstərmişdir.