ABŞ və Cənubi Koreya razılığa gələ bilmədi


Dünya 29 Yan 2019 18:01:00 195 0

ABŞ və Cənubi Koreya razılığa gələ bilmədi

Cənubi Koreya ərazisində yerləşən ABŞ hərbçilərinin saxlanma xərclərinin bölgüsünə dair iki ölkə arasında aparılan danışıqlarda problem yaranıb.

Son.az bu barədə report-a istinadən xəbər verir.

Həmçinin "Bloomberg" Cənubi Koreya hökumətindəki mötəbər mənbəyə istinadən xəbər verir ki, belə bir vəziyyətin səbəbi bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyanın sözügedən məsələyə çəkdiyi xərcləri hazırkı 860 milyon dollardan 2 milyard dollaradək artırmaq tələbi və qarşı tərəfin bununla razılaşmamasıdır.