Xətaidə narkotacirlər şəbəkəsinin üzvləri ifşa edildi


Kriminal 29 Yan 2019 17:44:00 197 0

Xətaidə narkotacirlər şəbəkəsinin üzvləri ifşa edildi

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri ifşa ediliblər.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov idarə etdiyi "Wolswagen" markalı avtomobillə birgə saxlanılıb.

Onun avtomobilinə baxış zamanı 25,324 qram narkotik vasitə heroin, 26 ədəd yüksək psixotrop tərkibə malik metadon həbi, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, həmçinin yaşadığı evdən əlavə olaraq 101,686 qram heroin aşkar edililərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.Məmmədova heroini və psixotrop tərkibli həbləri satanların da şəxsiyyətləri qısa zamanda müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin digər üzvləri, Lənkəran şəhər sakinləri Yalçın Qurbanov və Zamiq Cavadov da polislər tərəfindən saxlanılıblar. Z.Cavadovun üzərində şəxsi axtarış aparılan zaman ondan 100,840 qram heroin və 100 ədəd metadon həbi, Y. Qurbanovdan isə 2,985 qram tiryək, idarə etdiyi avtomobildən isə 8 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Xəbərə aid fotolar