AA nişanlı maşın dərəyə aşdı


Digərləri 29 Yan 2019 17:39:00 247 0

AA nişanlı maşın dərəyə aşdı

Magistral yolda 3 avtomobil toqquşub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində 3 avtomobil toqquşub. Magistral yolda "Mercedes" markalı 10 AA 730 , "Mercedes" markalı 99 NL 847 və "Hundai" markalı 90 VJ 997 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə zamanı "Mercedes" idarəetməni itirərək dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb. 

Hadisə yerinə Baş DYPŞ-nin əməkdaşları cəlb olunub. 

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin: