Nazir: Prezidentin sərəncamı Nəsiminin yaradıcılığını yenidən təhlil etmək üçün fürsət yaradıb


Digərləri 29 Yan 2019 16:52:00 217 0

Nazir: Prezidentin sərəncamı Nəsiminin yaradıcılığını yenidən təhlil etmək üçün fürsət yaradıb

Prezident İlham Əliyevin “Nəsimi ili” ilə əlaqədar sərəncamı bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb.

Bakı. İlhamə İsabalayeva - Prezident İlham Əliyevin “Nəsimi İli” ilə əlaqədar sərəncamı bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb. Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi: "O vaxt Nəsimiyə heykəl də qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi”.