İctimai iaşə obyektlərinin xidmət heyəti təlimlərə cəlb olunub


Digərləri 29 Yan 2019 16:49:00 292 0

İctimai iaşə obyektlərinin xidmət heyəti təlimlərə cəlb olunub

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) Quba şəhərində ictimai iaşə obyektlərində inzibatçı və digər xidmət heyətinin bilik və təcrübələrinin artırılması məqsədilə təlim təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi olan "Regionlarda ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi" layihəsi çərçivəsində keçirilən təlimdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə restoran inzibatçıları iştirak edib.

Təlimi Böyük Britaniya, Rusiya, Tailand, Qətər və digər ölkələrdə treninqlərdə iştirak etmiş beynəlxalq sertifikatlı təlimçi Emin Novruzov aparıb.

İştirakçılara ictimai iaşə obyektlərində xidmətin təşkili, xidmət standartları və etiketləri, müştərilərlə davranış qaydaları, masa düzülüşü, gigiyena və sanitariya qaydaları, geyim tərzi, xarici görünüşə olan tələblər və digər mövzularda məlumat verilib.


Xəbərə aid fotolar