Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb - QİYMƏTLƏR bir az da ucuzlaşdı


Digərləri 29 Yan 2019 16:24:58 189 0

Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb - QİYMƏTLƏR bir az da ucuzlaşdı

2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz bahalaşıb. Ekspert torpaq bazarında son aylar müşahidə edilən ucuzlaşmanı mövsümi hesab edir.