Ermənistanda insan haqları kobud pozulur,


Dünya 29 Yan 2019 15:41:00 266 0

Ermənistanda insan haqları kobud pozulur,

"İctimai Problemlərin Tədqiqi Assosiasiyası" Avropa Birliyinə qurumun parlamentarilərinin son illər Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibətlə bağlı müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müraciətdə qeyd olunur ki, Azərbaycana qarşı 30 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən təcavüz siyasəti davam edir:

"Azərbaycan ərazilərinin 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1 milyondan artıq azərbaycanlı öz ata-baba yurdlarından qovulublar. Monoetnik ölkəyə çevrilmiş Ermənistanda insan haqları kobud surətdə pozulduğu halda, Avropa parlamentarilərinin buna seyrçi mövqedə yanaşması bizi təəcübləndirir. 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində Ermənistan parlamentinə daxil olan avtomatla silahlanmış terrorçuların baş nazir, parlamentin spikeri və digər rəhbər vəzifəli şəxsləri güllələməsi, həbsxanalarda məhbusların, o cümlədən müxalifət partiya nüməyəndələrinin müəmmalı şəkildə öldürülməsi və s. hallar bu ölkədə özbaşınalığın baş alıb getdiyini göstərir.

Bütün bu hallara göz yuman Avropa parlamentarilərinin Azərbaycanda baş verən hər hansı kiçik bir halı böyüdərək ölkəmizə qarşı hücuma keçmələri heç bir məntiqə sığmır. Biz Avropa Birliyindən bu cür qərəzli yanaşmaya, ölkələrə ikili standartlarla yanaşmağa son qoymağı qətiyyətlə tələb edirik".