“Buta Airways”in reyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir


Digərləri 29 Yan 2019 15:40:00 175 0

“Buta Airways”in reyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir

2019-cu il 1 fevral tarixindən etibarən “Buta Airways” aviaşirkətinin bütün aviareyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir.

Bakı. 2019-cu il 1 fevral tarixindən etibarən “Buta Airways” aviaşirkətinin bütün aviareyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir. “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bundan sonra, uçuşa avtomatik qeydiyyat zamanı bir bron çərçivəsində aviabilet alan bütün sərnişinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcək. Həmçinin fevralın 1-dən etibarən uçuş hava limanlarında qeydiyyatın qiyməti 8 avro təşkil edəcək. Bu, qeydiyyat masalarında növbələrin azalmasına və aviaşirkətin cədvəlində gecikmələrin minimallaşdırılmasına imkan verəcək. Saytda onlayn-qeydiyyat əvvəlki kimi pulsuz xidmət olaraq qalacaq. Onlayn qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat funksiyasından həmçinin İOS və Android bazasında işləyən smartfonlar üçün yeni Buta Airways mobil əlavəsində istifadə etmək mümkündür. Öncədən onlayn qeydiyyatdan keçmiş baqajla səyahət edən sərnişinlər hava limanında pulsuz "Baqajın qəbulu" (Baggage Drop) masasından istifadə edə bilərlər. Onlayn qeydiyyatdan keçən sərnişinlər üçün minik talonunun çap edilməsi xidməti də pulsuz olaraq qalacaq.