Azərbaycan Beynəlxalq Bankı 2018ci ilin nəticələrini elan edib


Digərləri 29 Yan 2019 15:09:00 181 0

Azərbaycan Beynəlxalq Bankı 2018ci ilin nəticələrini elan edib

Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb. Son iki ildə müsbət inkişaf dinamikasına nail olan bank ili uğurlu nəticələrlə başa vurub. 31 dekabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 7.9 milyard manat təşkil edib. İl ərzində gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər sayəsində bankın kapital mövqeyi daha da möhkəmlənib. Belə ki, Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2018-ci ildə də artaraq 982 milyon manata çatıb. Kapital adekvatlığı isə 17%-dən 32%-ə yüksəlib.

Hesabat dövründə bankın kredit portfeli 8%-dən çox artaraq 1.9 milyard manat olub. Bank tərəfindən iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verilib.

Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində görülən işlər il ərzində bankın mənfəətliliyinə də müsbət təsir göstərib. Azərbaycan Beynəlxalq Bankı 2018-ci ili 425,8 milyon manat xalis mənfəətlə başa vurub. Ötən illərdə dövlət tərəfindən Bankın sağlamlaşdırılması tədbirləri çərçivəsində aparılmış maliyyə əqdlərinin nəticələri çıxılmaqla, Bankın əməliyyat fəaliyyətindən əldə etdiyi xalis mənfəət 200 milyon manat ətrafındadır.