Messi cavab matçının çətinliyindən danışdı


İdman 29 Yan 2019 14:51:00 254 0

Messi cavab matçının çətinliyindən danışdı

Barcelona sabah İspaniya kubokunun ¼ mərhələsində Sevilla-nı qəbul eəcək.

Goal.az xəbər verir ki, Kataloniya klubu səfərdə keçirilən ilk oyunda 0:2 hesablı məğlub olmuşdu. Barcelona-nın hücumçusu Lionel Messi cavab matçının çətin olacağını deyib. “2:0 hesablı məğlubiyyətdən sonra qalib ğəlmək asan deyil. Sevilia əla komandadı. Əks-hücumlarda güclüdür. Bizim üçün çətin qarşılaşma olacaq. Azarkeş dəstəyinə ehtiyacımız var”,- deyib argentinalı.

Xatırladaq ki, ötən mövsüm Barcelona və Sevilla analoji turnirin finalında qarşılaşmışdı. Kataloniya klubu darmadağınla qalib gəlmişdi - 5:0.