Şəhidin həyat yoldaşı: "Azərbaycanda şəhid ailələrinə qayğı dövlətin diqqət mərkəzindədir" FOTO


Digərləri 29 Yan 2019 14:11:57 273 0

Şəhidin həyat yoldaşı: "Azərbaycanda şəhid ailələrinə qayğı dövlətin diqqət mərkəzindədir"  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Milli Ordusunun birinci hərbi hissəsinin leytenantı Paşa Nəzərovun həyat yoldaşı Yelena Jovtiç də iştirak edib.

Son.az bildirir ki, Yelena Jovtiç AZƏRTAC-a müsahibəsində deyib: "Prezident birdəfəlik ödəniş almaq üçün plastik kartı şəxsən mənə təqdim etdi. Prezidentimizə çox təşəkkür edirəm. Azərbaycanda dövlətimizin və xalqımızın azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin ailələrinə qayğı göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. Şəhidin həyat yoldaşı kimi mənə hər ay təqaüdümə bərabər məbləğdə prezident müavinəti verilir. Nəvəm Timur Paşa ABŞ-da yaşayır. Mənim Prezidentlə görüşdə olduğumu biləndə, Timur söylədi ki, İlham Əliyevi öz Prezidenti hesab edir və onu görməyi çox arzu edir".

Şəhidin həyat yoldaşı sonda qeyd edib: "Ölkəmizdə öz həyatlarını Vətənin azadlığı və müstəqilliyi uğrunda qurban vermiş şəhidlərin xatirəsinin əziz tutulması mənim üçün çox xoşdur. Paşa Nəzərov paytaxtın Yasamal rayonunun 60 nömrəli tam orta məktəbində təhsil alıb. Hazırda həmin məktəb onun adını daşıyır. Prezident İlham Əliyev bu məktəbin yeni binasının açılışı mərasimində şəxsən iştirak edib. Mən, qızım Yana və Timur Paşa - hamımız bilirik ki, Paşa Nəzərov unudulmayıb".


Xəbərə aid fotolar