Qvardiola: “De Yonq məsələsinin mənə dəxli yoxdur”


İdman 29 Yan 2019 14:15:00 197 0

Qvardiola: “De Yonq məsələsinin mənə dəxli yoxdur”

Manchester City-nin baş məşqçisi Pep Qvardiola Frenki de Yonqun Ajax-dan Barcelona-ya keçidinə münasibət bildirib.

Goal.az xəbər verir ki, de Yonq keçid ərəfəsində Qvardiola ilə telefonla danışdığını bildirmiş, Barcelona-nın calışdırıcısı Ernesto Valverde bundan narazı qalmışdı.

“De Yonq artıq Barcelona-da oynayır. Hər şey başa çatıb. Transfer məsələsinin mənə dəxli yoxdur. Bu barədə geniş danışmaq istəmirəm. Xatırladım ki, mən transfer danışıqlarında iştirak etmirəm. Sadəcə, rəy bildirirəm. Erneso dostumdur. Onunla aramızda problem yoxdur. Əksər böyük klublar futbolçularla birbaşa danışıqlar aparır. Reallıq budur. Bəzən transfer alınmır. Manchester City-nin hazırda başqa bir futbolçuya ehtiyacı yoxdur”,- Qvardiola bildirib.