"Regionların inkişafı üzrə Dövlət Proqramı"nın icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılır FOTO


Digərləri 29 Yan 2019 14:08:42 249 0

"Regionların inkişafı üzrə Dövlət Proqramı"nın icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılır  FOTO

Bakıda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev konfransda regionların sosial-iqtisadi inkişafı və sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc edilən hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların daim diqqət mərkəzində saxlanıldığını deyən nazir qeyd edib ki, ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro iqtisadi sahələr inkişaf etdirilir. Sadələşdirilmiş vergi 4 faizdən 2 faizə enib.