Piyadaları vurub qaçan sürücülər tutuldular


Digərləri 29 Yan 2019 13:52:00 225 0

Piyadaları vurub qaçan sürücülər tutuldular

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının "Mercedes" markalı avtomobillə törədildiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Analoji hadisə Şəkidə də qeydə alınıb. Yanvarın 28-də Şəki şəhər sakini B.Allahverdiyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.