Magistral yolda 2 zəncirvari qəza:


Dünya 29 Yan 2019 13:38:00 238 0

Magistral yolda 2 zəncirvari qəza:

İranın Kərəc-Qəzvin magistral yolunda 2 zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Əlborz vilayəti təcili tibbi hallar mərkəzinin direktoru Mehrdad Babayi açıqlamasında deyib.

Babayinin sözlərinə görə, birinci yol qəzasında 1 avtobus, 1 yük maşını və bir neçə avtomobil toqquşub. Nəticədə 4 nəfər yaralanıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.