KarnegiKlub 8illiyində Bakıda "UĞUR FORUMU" və "NATİQLİK ÇEMPİONATI" keçirəcək


Digərləri 29 Yan 2019 13:30:00 219 0

KarnegiKlub 8illiyində Bakıda "UĞUR FORUMU" və "NATİQLİK ÇEMPİONATI" keçirəcək

24 fevral 2019-cu il tarixində KarnegiKlub Treninq mərkəzi yaradılmasının 8-illiyi münasibətilə Bakı şəhərində Avropa Azərbaycan məktəbinin böyük zalında möhtəşəm tədbir keçirəcək. Hər zaman unikal və faydalı treninqləri ilə seçilən KarnegiKlub, bu il "UĞUR FORUMU" və "NATİQLİK ÇEMPİONATI" keçirərək tədbirin marağını, rəngarəngliyini və intellektuallığını artıracaq.

Bu il keçirilən tədbirdə "UĞUR FORUMU" çərçivəsində ölkəmizin ictimai və biznes sektorunda kifayət qədər tanınmış məruzəçilərin: 

Rəşad Bayramov, 

Elvin Dadaşsoy, 

Cəlalə Nəzəroğlu, 

Təbriz Hacınski, 

Şəmsi Bayramzadə, 

Xəqani Hüseynov, 

Ramil Cabbarov, 

Taleh Yüzbəyov və 

Nəcəf Allahverdiyevin çıxışları yer alacaq. 

8-illik tədbirin "NATİQLİK ÇEMPİONATI"nda isə, iştirak etmək istəyən bütün iddiaçılardan münsiflər heyəti tərəfindən ən uğurlu 8 nəfər seçilərək FİNAL mərhələsinə keçəcək. Qalibləri dəyərli hədiyyələr gözləyir:

I yer 1000 AZN (həcmində hədiyyə)

II yer 500 AZN (həcmində hədiyyə)

III yer 300 AZN (həcmində hədiyyə)

Forumu təşkil edən KarnegiKlub Treninq mərkəzi artıq 8 ildir fəaliyyət göstərir. Bu illər ərzində 5000-dən çox insan, 200-dən çox açıq və korporativ qrup "Xarizmatik Natiq", "Effektiv satış", "Mind Map (Beyin Xəritəsi)" və digər treninqlərdə iştirak edib. Eyni vaxtda 200, 450, 600 nəfərlik auditoriyaya şəxsi inkişaf mövzusunda təlimlər keçirilib. Gənclərin, biznesin, idarəçiliyin inkişafı üçün keçirilən treninqlər ali məktəblərdə, dövlət və özəl sektoru əhatə edir.

Tədbirdə istənilən şəxs iştirak edə bilər. İştirak ödənişlidir. Biletləri əldə etmək üçün:

077 444 14 00 (WhatsApp) nömrəsinə yazın və ya zəng edin

və ya bu linkdə qeydiyyatdan keçin: https://goo.gl/forms/i9YziQwgne0cLHla2

Tədbirin Feysbudakı iventi: https://www.facebook.com/events/2201388789905796/?ti=cl

Natiqlik çempionatda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat yanvarın 31-i gecə saat 23.59-da bitir və bunun üçün növbəti linkdən istifadə edilə bilər: https://goo.gl/forms/YkT0QTff5Vfee9zN2

Forumun təşkilatçısı beynəlxalq dərəcəli biznes təlimçi, KarnegiKlub treninq mərkəzinin rəhbəri Dr.Nəcəf Allahverdiyev 8-illik tədbirlə bağlı fikirlərini bölüşərək bildirdi ki, "UĞUR FORUMU" və "NATİQLİK ÇEMPİONATI" Vətənimizdə insanları şəxsi inkişafı və biznesin irəli aparılması sahəsinə xüsusi töhfə verəcək. [29/1 09:58] Saban bey: Ətraflı:

KarnegiKlub-un 8-illiyinə MÖHTƏŞƏM TƏDBİR:

"UĞUR FORUMU & NATİQLİK ÇEMPİONATI"