Polad Bülbüloğlunun qardaşının apellyasiya şikayəti təmin edilmədi


Digərləri 29 Yan 2019 12:52:00 291 0

Polad Bülbüloğlunun qardaşının apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Nəsibovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Nəsibov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edib.