Çilovdakı məktəbdən müəllimlərin gedişgəlişində yaranan çətinliklərlə bağlı AÇIQLAMA


Digərləri 29 Yan 2019 12:49:34 254 0

Çilovdakı məktəbdən müəllimlərin gedişgəlişində yaranan çətinliklərlə bağlı AÇIQLAMA

Bakının Pirallahı rayonunun Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin şəhərin mərkəzinə gediş-gəlişində çətinliklərin yaranması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Son.az xəbər verir ki, 131 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin gediş-gəlişi gəmi ilə həyata keçirildiyi üçün bəzən hava şəraiti ilə əlaqədar işçilərin təhlükəsizliyi nəzərə alınaraq şəhərlə nəqliyyat əlaqəsində ləngimələr ola bilir:

"Bu dəfə də şəhərdə yaşayan bir neçə müəllimin hava şəraiti ilə bağlı evlərinə getməsi ləngimişdir. Ən qısa zamanda hava şəraiti gəmilərin hərəkətinə imkan verən kimi onların evə getməsi mümkün olacaq. Qeyd edək ki, müəllimlərin gediş-gəlişi məsələsində hava şəraiti ilə bağlı ləngimələr olmasa, heç vaxt digər çətinlik yaranmayıb. Çilov adasında yerləşən "28 May" NQÇİ-nin rəhbərliyi həmişə müəllimlərin gediş-gəlişinə yaxından kömək göstərir".