Biz şirkəti “ağardaraq” kredit ayırmağa çalışırıq - PAŞA BANK-ın müştərisi olmağın üstünlükləri


Digərləri 29 Yan 2019 12:44:45 211 0

Biz şirkəti “ağardaraq” kredit ayırmağa çalışırıq - PAŞA BANK-ın müştərisi olmağın üstünlükləri

“PAŞA Bank” ASC-nin Korporativ Bankçılıq Departamentinin direktoru Fərid Quliyevin və Kommersiya Bankçılığı Departamentinin Direktoru Heydər Süleymanovun birgə müsahibəsi.

Bakı. “PAŞA Bank” ASC-nin Korporativ Bankçılıq Departamentinin direktoru Fərid Quliyevin və Kommersiya Bankçılığı Departamentinin Direktoru Heydər Süleymanovun birgə müsahibəsi. 1-ci hissə İlk müsahibim “PAŞA Bank” ASC-nin Korporativ Bankçılıq Departamentinin direktoru Fərid Quliyev bildirdi ki, “PAŞA Bank”ın strukturu biznesə və fiziki şəxslərə xidmət qollarından ibarətdir: Biznes qoluna Korporativ Bankçılıq, Kommersiya Bankçılığı və Kiçik və Orta Sahibkarlıq (KOS) Bankçılıq departamentləri daxildir: “KOS Bankçılığa illik dövriyyəsi 200 min manat – 8 milyon manat, Kommersiya Bankçılığına 8 milyon – 80 milyon manat, Korporativ bankçılığa isə illik dövriyyəsi 80 milyon manat və daha yüksək olan şirkətlər və sahibkarlar aid edilir. Bu bölgüdə məqsəd xidmətin keyfiyyətini artırmaqdır. Fiziki şəxlərə xidmət qolu isə Fərdi və Private (Özəl) bankçılıq departamentlərindən ibarətdir. Fərdi bankçılıq departamentimiz Bankın korporativ müştərilərinin PAŞA Bank əmək haqqı kartlarının sahibi olan işçilərinə xidmət göstərilməsinə istiqamətlənib. Private (Özəl) bankçılıq departamentimiz isə zəngin müştərilər kateqoriyasına xidmət göstərir. Adi fiziki şəxslərdən fərqli olaraq müştəriyə əlavə xidmətlər göstərilir. Bizim Bank olaraq məqsədimiz KOS Bankçılıqdakı müştəriləri böyüdüb Kommersiya Bankçılığı səviyyəsinə, Kommersiya Bankçılığındakı müştərilərimizi isə Korporativ Bankçılıq səviyyəsinə qaldırmaqdır. "ƏSAS MƏQSƏD “ZƏNCİRİ” BAĞLAYIB, HƏR BİR ŞİRKƏTİN İŞ YÜKÜNÜ VƏ XƏRCLƏRİNİ AZALTMAQDIR" Bizim iri korporativ müştərilərmizin həm təchizatçıları, həm də alıcıları var. Pul dövriyyəsinin “PAŞA Bank”ın daxilində qalması üçün həmin təchizatçı və alıcıları da “PAŞA Bank”a cəlb edirik. Belə olan halda iri şirkətlərin təchizatçılarına ödədiyi və alıcılarından qəbul etdiyi pulu görə bilirik. Əsas məqsəd “zənciri” bağlayıb, hər bir şirkətin iş yükünü və xərclərini azaltmaqdır. Əgər iri şirkətin, onun təchizatçılarının və alıcılarının hesabları bir bankdadırsa, hesablaşmalar bankdaxili olur. Bankdaxili köçürmələr pulsuzdur. Belə köçürmələr anında aparılır. Hər 3 şirkətin hesabı bir bankda olduğundan rahat faktorinq, akkreditiv, bank qarantiyası məhsullarından istifadə edə bilirlər”.