Atmosferə tullantı atan sexin cavabdeh şəxsi cərimələndi


Digərləri 29 Yan 2019 12:20:30 176 0

Atmosferə tullantı atan sexin cavabdeh şəxsi cərimələndi

Bakının Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 30/97 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları növbəti araşdırma və monitorinq keçirib.

Bakı. İlhamə İsabalayeva - Bakının Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 30/97 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları növbəti araşdırma və monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.