Bakıda toyu faciəyə çevirən şəxs azadlığa çıxmaq istəyir


Digərləri 29 Yan 2019 11:57:00 254 0

Bakıda toyu faciəyə çevirən şəxs azadlığa çıxmaq istəyir

Toyu olacaq gəlinin ölümünə səbəb olan sürücü azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Yusibov Teymur Rəsul oğlunun məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək.

İttiham aktılna görə, yol-nəqliyyat hadisəsi 2015-ci il iyun ayında baş verib. Zirə qəsəbəsində 29 yaşlı Sail Bədərlinin idarə etdiyi "Hyundai" markalı avtomobil Teymur Yusifovun idarə etdiyi "VAZ" markalı maşınla toqquşub. Qəza zamanı zərbənin təsirində "Hyundai" markalı maşın aşıb. Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.