Huawei smartfon satışları üzrə 3 lider şirkətdən birinə çevrilib


Digərləri 29 Yan 2019 11:30:00 244 0

Huawei smartfon satışları üzrə 3 lider şirkətdən birinə çevrilib

Qlobal texnologiya bazarında mühüm çəkiyə malik olan Huawei şirkəti 2018-ci ildə yeni rekorda imza atıb. Belə ki, şirkət ötən il 200 milyon smartfon satıb. Şirkət qeyd edib ki, satışların belə uğuru olmasında P 20, Honor və Mate 20 seriyalı smartfonların xüsusi yeri var.

Müqayisə üçün bildirək ki, şirkət 2010-cu ildə bazarda 3 milyon, 2017-ci ildə isə 153 milyon smartfon satıb. Qlobal texnologiya bazarını araşdıran Canalys şirkəti qeyd edir ki, 2018-ci ilin ikinci kvartalında Huawei Apple şirkətini keçərək smartfonların qlobal bazarda təchizatçısı olaraq Samsung şirkətindən sonra ikinci yerdə qərarlaşıb.

Şirkətin dünya bazarlarında satışlarının artmasında onun yeni flaqman modeli olan Mate 20 Pro-nun özünəməxsus rolu var. Belə ki, Mate 20 Pro-nun sahib olduğu texniki parametrlər onun qısa müddətdə populyar və istifadədə ən üstünlük verilən cihazlardan biri olmasını şərtləndirib.

Mate 20 Pro müasir və cəlbedici dizayna, keyfiyyətli, hətta makro çəkiliçlər belə edə bilən kameraya, süni intellekt texnologiyasına sahib HiVision (müxtəlif əşyaların identifikasiyası və ya ərazinin yerinin təyini) funksiyasına, güclü enerji akkumyatoruna sahibdir. Bundan başqa o dünyada ilk olaraq 7nm mobil süni intellekt texnologiya əsaslı Kirin 980 prosesoru ilə təchiz olunub.

Smartfon 3D üztanıma və barmaq izi tanınması vasitəsilə telefonun kilidinin açılması, enerjinin məsafədən simsiz ötürülməsi ilə digər qurğuların akkumlyatorunun doldurulması kimi inqilabi funksiyalarla da təchiz olunub. Smartfon həmçinin 4.5 G LTE bağlantını da dəstəkləyir.


Xəbərə aid fotolar