3 otaqlı evdə yanğın


Digərləri 29 Yan 2019 10:45:00 240 0

3 otaqlı evdə yanğın

Sabirabadda 3 otaqlı evdə yanğın olub.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Suqovuşan kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.