2018-ci ildə Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib


Digərləri 29 Yan 2019 10:44:00 286 0

2018-ci ildə Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib

Bank Respublika 2018-ci ilin maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.

Bakı. Bank Respublika 2018-ci ilin maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb. Hesabata əsasən, Bank ötən il pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla əla əməliyyat və maliyyə nəticələri nümayiş etdirib. Hesabata əsasən, bankın kapitalında 30% artım, aktivlərində 40% artım, kredit və depozit portfelində isə 50% artım qeydə alınıb, qeyri-işlək kreditlərinin payı isə 2 dəfə azalaraq, 5%-dən aşağı düşüb. Nəticədə bankın xalis faiz mənfəəti 3 dəfə artaraq 25 milyon manat təşkil edib, bankın xalis əməliyyat mənfəəti isə 85% artaraq 9 milyon manatı keçib.